Fransa Baş naziri istefa verdi

© © Gonzalo Fuentes / Pool via AP, FileЭдуар Филипп, фото из архива
Эдуар Филипп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatda qeyd olunur ki, yeni hökumət təyin olunana qədər Edaurd Filipp öz mövcud işlərini davam etdirəcək

BAKI, 3 iyul — Sputnik. Fransanın Baş naziri Eduar Filipp istefa ərizəsi yazıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı məlumatda bildirilir.

Fransa Prezidenti Emmanuel Makron onun ərizəsini qəbul edib.

Məlumatda qeyd olunur ki, yeni hökumət təyin olunana qədər Edaurd Filipp öz mövcud işlərini davam etdirəcək.

Bu ilin iyun ayının sonunda Filipp Havr şəhərinin meri vəzifəsi uğrunda keçirilən seçkilərdə qalib gəlib. Eduar Filipp 2017-ci ilin mayından Fransa Baş naziri idi.

Xəbər lenti
0