BAKI, 2 iyul — Sputnik. Bu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 milyard 436,3 milyon ABŞ dolları təşkil edib.
Sputnik Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 21,9 mln. dollar və ya 0,3%, son bir illik müqayisədə isə 496,9 mln. dollar və ya 8,4% çoxdur.