BAKI, 2 iyul — Sputnik. BAKI, 2 iyul – Sputnik. Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.
Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.