CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göygöz kosanın arzuladığı "cənnət": Mayakda çərxi-fələk tərsinə dövran edir – REPORTAJ

© Sputnik / Irade JELILNeftçaladan reportaj
Neftçaladan reportaj - Sputnik Azərbaycan
Abunə olmaq
Yol boyu bulaqların başı adamla doludur. Su üçün dava yoxdur, hamı dayanıb növbə gözləyir. Su çatanlar birləşib çatmayanlara sudan pay verirlər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Təqribən bir aya yaxındır ki, Neftçala rayonu Mayak kəndi ərazisində Kürün səviyyəsi endiyi üçün çayın Xəzərə dənizi ilə qovuşduğu yerə əks proses baş verir. Yəni, daha əvvəlki kimi Kür çayı Xəzərə deyil, Xəzər Kürə tökülür. Bu da Neftçala rayonun 6 qəsəbəsini tamamilə içməli suya möhtac vəziyyətə salıb.

Sputnik Azərbaycan-ın əməkdaşı vaxtilə Kürün Xəzərə töküldüyü, bu gün isə əks prosesin getdiyi məkanda olub.

Mayak kəndi Neftçalanın mərkəzindən xeyli aralıda yerləşir. Xəzərlə Kürün qovuşduğu yeri tapana qədər çöllük, ağaclıq, kələ-kötür yollardan keçməli oluruq. Avtomobilin sürətini 30-dan artıq qaldırmaq olmur, ətrafı toz-duman bürüyür.

© Sputnik / Irade JELILKür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
Göygöz kosanın arzuladığı cənnət: Mayakda çərxi-fələk tərsinə dövran edir – REPORTAJ - Sputnik Azərbaycan
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi

Artıq bir aya yaxındır ki davam edən susuzluqdan ərazidə yaşıllıqlar quruyub, kiçik əkin sahələri olan sakinlərin məhsulu yanaraq, məhv olub. Yol boyu hər 200-300 metrdən bir bulaqlar var. Sakinlər bulaqların üzərinə plastik qabları yığıb suyun gəlişini gözləyir.

Əhaliyə su gündə bir dəfə bir saat müddətinə verilir.

Mayak sakinləri isə iddia edir ki, kənddə bu problem 2 aya yaxındır ki, müşahidə edilir. Yəni iki aydır ki, onlar şirin su üzünə həsrət qalıblar. Susuzluqdan təkcə onlar deyil, heyvanları da əziyyət çəkir. Əgər insanlar pulla su alaraq tələblərini azacıq da ödəyə bilsələr də, heyvanlara su çatdırmaq mümkün olmur.

İnsanlar Bakıdan jurnalist gəldiyini eşidib, ətrafımıza toplaşırlar. Hərənin ayrı-ayrılıqda problemləri olsa da, onları bu gün su problemi birləşdirib.

Kənd sakini, 70 yaşlı Mirheydər Seyidov bildirir ki, kəndə içməli su gündə bir dəfə axşam saat 18.00-də verilir. Suyun verilməsi bir saat davam etdiyindən hamı həmin müddətdə sudan istifadə etməyə, ehtiyat yığmağa çalışır və nəticədə kənd sakinlərinə su çatmır.

"O gün televizora baxıram, bir uşaq mahnı oxuya-oxuya deyir ki, kornavirusdan qorunmaq üçün əllərinizi bu mahnı bitənə qədər yumalısınız. Hansı su ilə a bala? İçməyə su tapmırıq. Gündə bir dəfə su verilir. O da hər evə 30 litr düşür. Vallah çatmır. Duzlu su ilə də heç nə etmək olmur. Əlini sabunlayırsan, sabun yapışıb qalır əlinə. Vallah biz ya susuzluqdan öləcəyik, ya da koronavirusdan", – deyə kənd sakini bildirir.

© Sputnik / Irade JELILNeftçala rayonu Mayak kənd sakinləri qablara içməli su doldururlar
Göygöz kosanın arzuladığı cənnət: Mayakda çərxi-fələk tərsinə dövran edir – REPORTAJ - Sputnik Azərbaycan
Neftçala rayonu Mayak kənd sakinləri qablara içməli su doldururlar

Kənd sakinləri yeni seçilən millət vəkillərindən də narazıdırlar. İddia edirlər ki, seçkilərdən sonra millət vəkilləri bir dəfə də olsun onlarla görüş keçirməyib.

"Sabir Rüstəmxanlı gəlib dedi ki, 3 aydan bir gələcəyəm. Yolları asfalt edəcəyəm. Gəl də, Sabir müəllim, gəl. Biz hamılıqla ona səs verdik. Amma hanı? Biz güvənmişdik. Hamı bizi aldadır", – deyə sakinlər fəryad edirlər.

Kənd sakinləri əsasən maldarlıqla dolanırlar. Suyun olmaması isə onların təsərrüfatlarına da zərər verir.

75 yaşlı Əlfağa Hüseynov deyir ki, həyatında birinci dəfədir ki, belə problem yaşayır.

© Sputnik / Irade JELIL
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi - Sputnik Azərbaycan
1/7
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
© Sputnik / Irade JELIL
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi - Sputnik Azərbaycan
2/7
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
© Sputnik / Irade JELIL
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi - Sputnik Azərbaycan
3/7
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
© Sputnik / Irade JELIL
Neftçala rayonu Mayak kəndində su kanalında acınacaqlı vəziyyət - Sputnik Azərbaycan
4/7
Neftçala rayonu Mayak kəndində su kanalında acınacaqlı vəziyyət
© Sputnik / Irade JELIL
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi - Sputnik Azərbaycan
5/7
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
© Sputnik / Irade JELIL
Neftçala rayonu Mayak kəndində içməli su doldurmaq üçün qablar - Sputnik Azərbaycan
6/7
Neftçala rayonu Mayak kəndində içməli su doldurmaq üçün qablar
© Sputnik / Irade JELIL
Neftçala rayonu Mayak kənd sakinləri qablara içməli su doldururlar - Sputnik Azərbaycan
7/7
Neftçala rayonu Mayak kənd sakinləri qablara içməli su doldururlar
1/7
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
2/7
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
3/7
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
4/7
Neftçala rayonu Mayak kəndində su kanalında acınacaqlı vəziyyət
5/7
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
6/7
Neftçala rayonu Mayak kəndində içməli su doldurmaq üçün qablar
7/7
Neftçala rayonu Mayak kənd sakinləri qablara içməli su doldururlar

"Mənim bütün həyatım Mayakda keçib. Belə problemlə heç qarşılaşmamışam. İndi nə içməyə, nə yuyunmağa su tapmırıq. İyrənirəm hər şeydən. Baxın, Xəzərin suyu dolub Kürə, nə qədər ərazinin suyunu şorlaşdırıb. Heyvanlarımız qırılır susuzluqdan. Torpaq quruyur, əkinlərimiz məhv olur. İlanlar hər yerə dolub", - deyir Ə.Hüseynov.

Kəndin kənarında – çaya yaxın ərazidə kanala bənzər böyük bir çirkab ərazi var. Kənd sakinləri bildirir ki, burada əvvəllər zavod olub. Burada həmin zavodun tullantılarının axıdıldığı yer imiş. Zavod bağlanıb, amma həmin yerə ətrafda olan kanalizasiya suları axıdılır.

"Bu da xəstəlik mənbəyidir. Dəfələrlə qurumlara müraciət etmişik ki, tədbir görsünlər. Heç maraqlanan da olmayıb", – sakinlər bildirir.

Kanal çirkab suları və məişət tullantıları ilə dolu olduğu üçün ətrafda ağcaqanad əlindən tərpənmək olmur. İsti külək isə üfunət iyini havaya qaldırır.

Bu gün Neftçala sakinlərinin bir çox problemləri olsa da, hazırda tək istədikləri su probleminin həll edilməsidir.

© Sputnik / Irade JELILKür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi
Göygöz kosanın arzuladığı cənnət: Mayakda çərxi-fələk tərsinə dövran edir – REPORTAJ - Sputnik Azərbaycan
Kür çayının Neftçala rayonu Mayak kəndi ərazisindən keçən hissəsi

"Gümanımız var ki, bəlkə sentyabrdan sonra yağışlar yağa, Kür əvvəlki səviyyəsinə qayıda. Amma bu sadəcə gümandır. Deyirlər ki, bəzi rayonlarda Kürün ağzını açıblar, həmin rayonlara su yaxşı gedir. Bəzi ərazilərdə nasoslar qoyulub, su xüsusi tambalara vurulur. Biz isə susuzluqdan yanırıq. 30 litr su bir günə 7 nəfərlik ailəyə necə çata bilər?" – sakinlər ümidsizdir.

Yol boyu bulaqların başı adamla doludur. Düzdür, su üçün dava yoxdur, hamı dayanıb növbə gözləyir. Su çatan da olur, çatmayan da. Su çatanlar birləşib çatmayanlara sudan pay verirlər ki, susuz qalmasın.

Neftçala Rayon İcra Hakimiyyəti  "Azərsu" QSC ilə birlikdə bacardığı qədər maşınlarla kəndlərə su verir. Amma bu da vəziyyəti dəyişmir...

Xəbər lenti
0