CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha aman olmayacaq! Sabiq nazirin qardaşı oğlunun vəsiqəsi əlindən alındı

© Photo : Instagram / aynarmammadovAynar Məmmədov və Ziya Məmmədov, arxiv şəkli
Aynar Məmmədov və Ziya Məmmədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ziya Məmmədovun qardaşı oğlunun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.

BAKI, 2 iyul – Sputnik. Sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Бывший министр транспорта Азербайджана Зия Мамедов, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Ziya Məmmədovun villasının yanması ilə bağlı rəsmi açıqlama verildi

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol yazılıb.

Bu inzibati xətaya yol verən şəxslər 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd edək ki, Aynar Məmmədov sabiq deputat Elton Məmmədovun oğlu, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Xəbər lenti
0