Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Maska, əlcək və birdəfəlik qələm: Bakıda RF Konstitusiyasına dəyişikliklər üçün səsvermə

Abunə olmaq
Bu gün Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin əlavə edilməsi üzrə bütün Rusiya üzrə səsvermənin əsas günüdür. Ümumiyyətlə, səsvermə iyunun 25-də başlayıb.

Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşları Bakıda Rusiya səfirliyinin Konsulluq idarəsində açılan seçki dairəsində öz səsvermə hüququndan istifadə edə bilərlər. 

Koronavirus Rusiya-Azərbaycan münasibətlərinə necə təsir etdi – Rusiya səfiri  - Sputnik Azərbaycan
VİDEO
Koronavirus Rusiya-Azərbaycan münasibətlərinə necə təsir etdi – Rusiya səfiri

Proses sanitar normalara riayət edilməklə həyata keçirilir. Dairəyə giriş zamanı hər kəsin hərarəti ölçülür, onlara birdəfəlik əlcək, maska və qələm verilir.

Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin əlavə edilməsi üzrə ümumi Rusiya üzrə səsvermə 22 aprel tarixinə təyin edilmişdi, amma ölkədə epidemioloji vəziyyətə görə daha sonraya təxirə salınmışdı. Daha sonra Rusiya Prezidenti Vladimir Putin səsvermənin 1 iyulda keçiriləcəyini bəyan etmişdi. 25 iyundan 30-na qədər keçən və məsafədən təşkil edilən səsvermədə isə iki pilot regionun – Moskva və Nijeqorod vilayətlərinin sakinləri iştirak edə biliblər.

Səs verənlərin yarısından çoxu əlavələrin lehinə səs versə, Konstitusiyaya dəyişikliklər nəticələrin rəsmi elan odulduğu gündən etibarən qüvvəyə minəcək. Səsvermə yerli vaxtla 20:00-a qədər davam edəcək.

Xəbər lenti
0