CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhdudiyyətlərin tətbiqi qaydalarını pozanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Abunə olmaq
Növbəti 15 gün ərzində xüsusi karantin rejiminin tətbiq edildiyi bölgələrdə işə gedib-gəlmə qaydası məlum olub.

BAKI, 2 iyul - Sputnik. Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb. 

Məlumata əsasən, qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Xüsusi karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlərdə fəaliyyətinə icazə verilən qurum və sahələrdə işləyən əməkdaşlarının işə gedib-gəlmə qaydası da məlum olub. 

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb. 

Məlumata əsasən, fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə biləcək.

Xəbər lenti
0