CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qız “COVID Ulduzu” oldu

© Photo : Instagram / sabina_zulalova_artСабина Зулалова, фото из архива
Сабина Зулалова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq təşkilat Səbinə Zülalovanın koronavirus pandemiyası zamanı insanları dəstəkləməyə yönəlmiş layihələrini yüksək qiymətləndirib. Qalibləri onlayn rejimdə təltif ediblər

BAKI, 2 iyul — Sputnik, Kəmalə Əliyeva. Mədəniyyət xadimi, dizayner, bir sıra biznes layihələrinin yaradıcısı Səbinə Zülalova beynəlxalq “100 COVID Ulduzu” mükafatına layiq görülüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, World Humanultural Drive (WHD) İngiltərə təşkilatı S.Zülalovanı “Texnologiya vı innovasiya” kateqoriyasında dəyərləndirib.

Mükafat 35 ölkədən olan 100 müxtəlif peşə sahibinə çətin dövrdə bəşəriyyətə koronavirus pandemiyası ilə mübarizə aparmaqda kömək etdiklərinə görə verilib.

Bu barədə Sputnik Azərbaycan-a Səbinə Zülalova özü danışıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от sabinazulalova.com (@sabina_zulalova_art)

World Humanultural Drive (WHD)  – Londonda yerləşən xeyriyyə təşkilatıdır. Onun əsasını Abdul Basit Sayed qoyub. Zülalova təşkilatın nümayəndələri ilə 2019-cu ildə Berlində, Azərbaycanı təmsil etdiyi beynəlxalq konqresdə tanış olub. Həmin vaxtdan da Zülalova təşkilatın nümayəndələri ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayır.

Təşkilatın ilk layihəsi COVID-19-la mübarizəyə şeir həsr edən şairləri əhatə edirdi. Zülalova da daxil olmaqla hər bir iştirakçını yazdıqları şeirə görə diplomla təltif ediblər. O, həmçinin WHD-nin növbəti layihəsi "100 COVID Ulduzu"nda da iştirak edib. Bu layihə pandemiya dövründə insanları dəstəkləməkdə fəallıq göstərən müxtəlif sahənin mütəxəssislərini, eləcə də dünyada tanınmış şirkətləri əhatə edirdi. Layihədə 12 kateqaoriya vardı. Mükafat alanlar sırasında jurnalistlər, siyasətçilər, könüllülər, sahibkarlar, ictimai xadimlər və digər peşələrin sahibləri olub. Layihə çərçivəsində həmçinin təşkilatın banisinin yazdığı “100 COVID Ulduzu” və “Xoşbəxtliyin yaradılması” kitabları da dərc olunub.

Zülalovanın sözlərinə görə, layihənin əsas məqsədi insanlara COVID-19 zamanı kömək edən könüllülərə təşəkkür etmək idi.

“Bu layihədə Azərbaycanı tək mən təmsil edirdim. Hesab edirəm ki, bu bizim ölkəmiz üçün çox dəyərlidir. Anlayıram, bəlkə də mənim köməyimin miqyası Azərbaycan hüdudlarında elə də böyük deyildi, amma mən əlimdən gələni etdim. Təşkilat mənim bütün layihələrimi izləyirdi”, - Zülalova qeyd edib. 

Dizayner birdən-birə bir neçə layihə təqdim edib. Bunlardan biri – müxtəlif naxışlı maskaların hazırlanması idi. Zülalova həmçinin mədəni irs abidələrinin – Qara Qarayev muzeyi, Qız qalası və “Bəylər” məscidinin - 3D skanlaşdırılması üzrə startap təşkil edib. Onun spzlərinə görə, bu proses zamanı obyektin real ölçüləri rəqəmsallaşdırılır. 

O, bu işini davam etdirmək və Azərbaycanın daha bir neçə tanınmış məkanlarını 3D-də həkk etmək arzusundadır. Dizayner bu obyektlərə virtual turlar təşkil edərək fərqli ölkələrdə yaşayan insanlara onları onlayn rejimdə “gəzmək” imkanı yaradıb. Onun sözlərinə görə, ürəyi istəyən şəxslər nəinki şəkillərə baxa, eləcə də bu yerlərdə virtual səyahət edə bilərlər.

“Digər mükafatçıların işi ilə ancaq onlayn tanışam, ancaq hesab edirəm ki, onların hər biri vacib və maraqlıdır, çünki pandemiya dövründə insanlara yardım etmək məqsədilə yaradılıb”, - Zülalova qeyd edib.

"100 COVID Ulduzu" qaliblərinə sertifikat və medallar verilib. Mükafatlandırma mərasimi onlayn rejimdə və müxtəlif ölkələrdən olan tanınmış ictimai xadimlərin iştirakı ilə keçib.

WHD-nin banisi sentyabrın 2-də bu mükafatın bütün qaliblərini toplayaraq sertifikatları onlara şəxsən təqdim etməyi planlaşdırır. Zülalova ümid edir ki, həmin vaxt sərhədlər açıq olacaq və o, mükafatlandırma mərasiminə qatıla biləcək.

Xəbər lenti
0