CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR yeni yanacaqdoldurma məntəqəsi açdı - FOTO

© Photo : Facebook / SOCAR PETROLEUM QSCАвтозаправочная станция SOCAR, фото из архива
Автозаправочная станция SOCAR, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi – Novxanı yolu istiqamətində "SOCAR" brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

BAKI, 1 iyul — Sputnik. Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi – Novxanı yolu istiqamətində "SOCAR" brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bununla da ümumilikdə respublikamızda "SOCAR" brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a "SOCAR Petroleum"dan məlumat verilib.

Binəqədi yolu vasitəsilə Novxanı, Saray və digər yaxın ətraf qəsəbələrdə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaqpaylayıcı sütun quraşdırılmışdır ki, onlardan ikisi sıxılmış təbii qaz (STQ) satışını həyata keçirəcəkdir. YDM-də STQ ilə yanaşı, "Super", "Premium", "A-92" markalı benzin və "Dizel" tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, "SOCAR PETROLEUM" QSC-nin (QSC) 34 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

Xəbər lenti
0