CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə start verilib

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə çərçivəsində məktəblərin yuxarı siniflərində təhsil alan, eləcə də ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilini populyarlaşdırmaq istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulub.

BAKI, 1 iyul - Sputnik. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsinə start verib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılıb. 

Layihə çərçivəsində məktəblərin yuxarı siniflərində təhsil alan, eləcə də ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilini populyarlaşdırmaq istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulub.

Layihənin ideyası məktəblilər və gənclər arasında peşə təhsilinin təbliği, valideynlərə bu təhsilin önəminin izah edilməsi, ölkədə bu sahədə görülməsi vacib olan işlərin analizi və müvafiq institutlara əsaslandırılmış təkliflərin verilməsi, sosial şəbəkələrdə və KİV-də sistemli işin aparılması yoluyla peşə təhsilinin populyarlaşdırılmasından ibarətdir.

Xəbər lenti
0