Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda Aİ-95 benzin niyə bahalaşıb? - RƏSMİ

© AFP 2024 / DANIEL LEAL-OLIVASАвтозаправочная станция, фото из архива
Автозаправочная станция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR rəsmisi: ""Aİ-95" premium markalı və "Aİ-98" super markalı benzin növləri Azərbaycana xaricdən idxal edilir. Hazırda bu benzin növləri daxildə istehsal olunmur.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. İyulun 1-dən etibarən Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu markadan olan benzinin qiyməti 10 qəpik artaraq 1 manat 20 qəpik olub.

Qeyd edək ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı. Bundan əvvəl isə martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü.

Автозаправочная станция SOCAR, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sürücülərin sevinci iki ay çəkmədi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a deyib ki, "Aİ-95" premium markalı və "Aİ-98" super markalı benzin növləri Azərbaycana xaricdən idxal edilir: "Hazırda bu benzin növləri daxildə istehsal olunmur. Amma gələcəkdə "Aİ-95" premium markalı və "Aİ-98" super markalı benzin növlərinin istehsalı mümkün ola bilər. Həmçinin bunlar Azərbaycanda az istifadə olunan benzin növləridir".

O bildirib ki, Azərbaycanda ən çox istifadə olunan Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunur: "Ona görə də bunların qiymətləri dövlət tərəfindən müəyyən edilir və beynəlxalq bazarlarda olan dalğalanmalara görə dizelin və Aİ-92 benzinin qiyməti tez-tez dəyişmir. Lakin "Aİ-95" premium markalı və "Aİ-98" super markalı benzin növləri idxal edildiyinə görə, bunların qiymətləri beynəlxalq bazarlarda olan qiymətlərdən asılıdır. Xarici bazarlarda bu benzin növlərinin qiyməti ucuzlaşanda Azərbaycanda da bunların qiyməti düşür. Necə ki, bir müddət əvvəl ölkəmizdə "Aİ-95" və "Aİ-98" benzin növlərinin qiymətləri bir az düşmüşdü. Bu da dünya bazarlarında həm neftin, həm də neft məhsullarının ucuzlaşması ilə bağlı idi. İndi neftin qiyməti bir qədər qalxıb və beynəlxalq bazarlarda benzinin də qiyməti bahalaşıb. Ona görə də ölkədə "Aİ-95" premium markalı benzinin qiyməti 10 qəpik civarında bahalaşıb".

Xəbər lenti
0