Qonşu ölkədə 415 yeni yoluxma, 10 ölü

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidМедицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива
Медицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə bu virusdan ölənlərin sayı 443-ə çatıb. Xəstəlikdən sağalanların sayı 14 048 olub. Hazırda bu ölkədə olan 10904 nəfər xəstəxanada müalicə alır.

BAKI, 30 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 25542-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusun qadın "məhəbbəti" - nə bəladır, kimsə baş açmır

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 415 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 443-ə çatıb. Xəstəlikdən sağalanların sayı 14 048 olub. Hazırda bu ölkədə olan 10904 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 928-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,1 milyonu keçib, 502 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0