"İlahi" ədalət!? Ömürlük həbs olunmuş təcavüzkar təsadüfən azad edilib

© REUTERS / Jose CabezasЧлены преступных банд в сальвадорской тюрьме Izalco
Члены преступных банд в сальвадорской тюрьме Izalco - Sputnik Azərbaycan
Abunə olmaq
Həbsxananı tərk etdikdən sonra o, Uotford, London, Böyük Mançester, Lankaşir və Çeşirdə yaşı 11-dən 71-dək olan qurbanlara hücum edib, oğurlayıb və zorlayıb.

BAKI, 30 iyun — Sputnik. Böyük Britaniyada qadın və uşaqlara qarşı silsilə hücumlar etmiş və ömürlük həbs olunmuş təcavüzkar probasiya xidmətinin əməkdaşlarının səriştəsizliyi üzündən səhvən azadlığa buraxılıb.

Замок на тюремной двери, фото из архива - Sputnik Azərbaycan
Britaniyada yaxşı davranan məhbuslara həbsxana kameralarının açarları veriləcək

Sputnik Azərbaycan "BBC" telekanalına istinadən xəbər verir ki, 34 yaşlı məhkum quldur Cozef Makkan (Joseph McCann) 2019-cu ilin əvvəlində probasiya xidmətinin səhvindən sonra sərbəst buraxılıb.

Müfəttişlərin məlumatına görə, təcavüzkar probasiya xidmətinin "qeyri-sabit" və təcrübəsiz əməkdaşlarının "ciddi uğursuzluqları" səbəbindən həbsxanadan azad ediləndən sonra cinsi zəmində bir sıra hücumlar törədib.

Hələ ki, yalnız bir əməkdaş vəzifədə aşağı salınıb. Makkanın qurbanlarından biri probasiya xidmətinin hərəkətlərini "qeyri-mütəşəkkil və xaotik" adlandırıb.

Həbsxananı tərk etdikdən iki ay sonra, ötən yazın 15 günü ərzində o, Uotford, London, Böyük Mançester, Lankaşir və Çeşirdə yaşı 11-dən 71-dək olan qurbanlara hücum edib, oğurlayıb və zorlayıb.

Xəbər lenti
0