İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 30 iyun — Sputnik. "Bu gün Azərbaycan və Gürcüstanla arasında olan münasibətlərə zərər vermək istəyən qüvvələr var. Buna görə də, problem nə Keşikçi dağla bağlı deyil, nə Nərimanovun heykəli ilə. Problem ölkələr arası müansibətlrin yaxşı olmasını istəməyən qüvvələrin varlığı ilə bağlıdır".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Milli Hərəkar Partiyasının üzvü və Parlamentin deputatı Azər Süleymanov bildirib.
"Biz dəfələrlə dövlətə müraciət etmişik ki, iki dövlət arasında tarixi dostluğun qorunması üçün addımlar atmalısınız. Separatizmin qarşısını almalısınız. Bu gün artıq Gürcüstanın Milli Təhlükəsizlik Nazirliyi bu işlə aidiyyatı olan hər kəsi sorğu-sual edir. Biz də nəticəsini gözləyirik. Mənim də Keşikçidağla bağlı dəfələrlə çıxşım olub. Qeyd etmişəm ki, bu məsələ hər iki dövlətin maraqları nəzərə alınaraq həll edilməlidir. Məsələ hansısa döclətin xeyrinə həll edilməməlidir. İki dost, iki qardaş, strateji əməkdaş ölkələrin maraqlarına uyğun həll edilməlidir. Çünki bu iki dövlət bir-birindən asılı dövlətdir. Biz Gürcüstanda yaşayan azərbaycanlılar olaraq hər zaman istəmişik ki, iki dövlət arasında olan bütün problemlər sülh yolu ilə həllini tapsın" - deyə millət vəkili bildirib.
Onun sözlərinə görə, bu gün Gürcüstan hakimiyyətində bu məsələ ilə bağlı aparıcı şəxs yoxdur ki, bu məsələ ilə bağlı heç kim açıqlama və ya qərar versin: "Bu gün Gürcüstanda qərarları Bidzina İvanaşvili verir. Bu səbəbdən də bu məsələ gündən-günə dərinləşir. Çox təəsüf olsun ki, iki dövlətin arasına girmək istəyirlər. Oktyabr ayında seçkilərdir. Ümid edirik ki, "Gürcü arzusu" partiyası seçkilərdə qalmayacaq. Yeni bir qüvvə gələcək və iki dövlət arasında dostluğu bərpa edəcək".
Milılət vəkili həmçinin bildirib ki, hazırda Gürcüstan 90-cı illərə geri qayıdıb. Saakaşvilinin həyata keçirdiyi islahatlar çat verməyə başlayıb: "Elə bir gün yoxdur ki, ölkədə sifarişli ölümlər baş verməsin. Ölkədə "qanqster hesablaşmaları" baş alıb. Silahlı hücumlar, bankların, evlərin yarılması, heyvan oğurluğu baş verir. Ölkədə açıq narkotik satışları həyata keçirlir. Gürcüstan artıq nəzarətdən çıxıb".