Ermənistanda referendum ləğv edildi

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidГорода мира. Ереван
Города мира. Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin vaxtından əvvəl istefa vermələri tələbi ilə referendum keçirilməsi barədə qərar qəbul edib.

BAKI, 30 iyun — Sputnik. Ermənistan Parlamenti Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirmək barədə qərarını ləğv edib. Sputnik Ermənistan bildirir ki, qərar yekdilliklə qəbul olunub.

Referendumun ləğv olunması ilə bağlı qərarın lehinə hakim partiyanın 81 deputatı səs verib.

"Milli Məclisin Konstitusiyaya dəyişikliklərin edilməsinə dair referendum keçirmək qərarı qüvvədən düşür", - deyə parlamentin spikeri Ararat Mirzoyan səsvermənin nəticələri barədə çıxışında bildirib.

Fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin vaxtından əvvəl istefa vermələri tələbi ilə referendum keçirilməsi barədə qərar qəbul edib. Prezident Armen Sarkisyan də Konstitusiya düzəlişləri ilə bağlı referendumun aprelin 5-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Ermənistanda aprelin 5-də konstitusiya ilə bağlı referendum keçirilməsi gözlənilirdi. Referendumda məhkəmə sədri və məhkəmənin 6 üzvünün fəaliyyəti dayandırılacaqdı. Lakin pandemiya ilə əlaqədar ölkədə elan olunan fövqəladə vəziyyətə görə referendum keçirilməyib.

Xəbər lenti
0