CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN Xidmət" evdən də işi asanlaşdırır

© Photo : Facebook / ASAN Xidmət9108 Çağrı Mərkəzi
9108 Çağrı Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.

BAKI, 30 iyun — Sputnik. Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi"nin fəaliyyəti yenidən aktivləşdirilib. 

Центр DOST номер 3 - Sputnik Azərbaycan
CƏMİYYƏT
DOST arası karantində gen gərək: probleminizi məsafədən çatdıra biləcəksiniz
Belə ki, qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir.

"ASAN xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar "ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb. Çağrı mərkəzi xidmətlərinin müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.

Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.

Mərkəzin əməkdaşları tərəfindən gün ərzində təxminən 12-14 mindən çox vətəndaş müraciəti qəbul olunur. 9108 Çağrı mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu Xüsusi Karantin Rejimi müddətində nəzərdə tutulur. Müraciətlər bu müddətdə həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda vətəndaşlarımızın daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.

Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. Əməkdaşlar üçün icazənin alınmasına görə isə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilir.

Xəbər lenti
0