BAKI, 30 iyun – Sputnik. İranın paytaxtı Tehranın şimalında partlayış olub.
Sputnik Azərbaycan-ın İSNA agentliyinə istinadla məlumatına görə, partlayış tibb mərkəzində baş verib. Partlayışın başvermə səbəbi qaz balonu olub.
Olay nəticəsində ən azı 13 nəfər ölüb. Onlardan 6 nəfər əməliyyat otağında olub. Xeyli yaralı var.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
تلاش آتشنشانان برای کنترل آتشسوزی در خیابان شریعتی تهران pic.twitter.com/U8IMxfKyEE
— خبرگزاری ایسنا (@isna_farsi) June 30, 2020