Bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin aldığı dörd yeni qatardan ikisi iyunun 29-da "Həzi Aslanov-Dərnəgül" xəttində istismara verilib. Rusiyanın "Metrovaqonmaş" zavodunda hazırlanmış elektrik qatarı bütün müasir tələblərə cavab verir. Vaqonlar gözəl səs izolyasiyasına malikdir, əlillər üçün yerlərlə, informasiya tabloları və ekranlarla təchiz olunub.
Bundan əlavə, yeni vaqonlar köhnələrlə müqayisədə daha genişdir və bir-birindən ayrılmayıb. Bu da vaqonlar arasında maneəsiz hərəkət etməyə imkan verir. Və ən əsası, yeni qatarda xüsusi antibakterial filtrlərlə təchiz edilmiş kondisioner və havalandırma sistemi mövcuddur. Odur ki, bu yay Bakı metrosunda yeni qatarlarla sərin və rahat gediş-gəliş mümkün olacaq.
Digər iki qatarın isə xəttə yaxın vaxtlarda buraxılması planlaşdırılır.
Yeni elektrik qatarı necə görünür – Sputnik Azərbaycan-ın fotolentində baxın.