CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar bağlandı! Uşaqlara siqaret, içki satan, mərc oyunlarına icazə verənlər cəzalanacaq

Abunə olmaq
Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

BAKI. 29 iyun – Sputnik. İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə ediləcək. 

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Eyni zamanda, etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə ediləcək.

Xəbər lenti
0