İrandan İnterpol qarşısında çox cəsarətli tələb

© AP Photo / Alex BrandonПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Qasım Süleymaninin ölümünün hazırlığında və iştirakda əli olan 36 nəfəri müəyyənləşdirmək mümkün olub.

BAKI, 29 iyun — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin ölümünə görə İnterpoldan ABŞ Prezidenti Donald Trampın beynəlxalq axtarışa verilməsini istəyib. Bu barədə Sputnik Azərbaycan "Mehr" nəşrinə istinadən xəbər verir.

"Qasım Süleymaninin ölümünün hazırlığında və iştirakda əli olan 36 nəfəri müəyyənləşdirmək mümkün olub. Onlar arasında ABŞ-ın siyasi və hərbi şəxsləri var", - deyə Tehranın prokuroru Əli Mehra bildirib.

Onun sözlərinə görə, məhkəmə orqanları tərəfindən onların məsuliyyətə cəlb olunması və İnterpol üzərində qırmızı statusda axtarışa verilməsini istəyib. Prokuror qeyd edib ki, bu şəxslər "qətl" və "terrorizm"də günahlandırılır: "Siyahının əvvəlində ABŞ Prezidenti Donald Tramp gəlir".

Xatırladaq ki, ilin əvvəlindən bəri ABŞ-İran münasibətləri yenidən gərginləşib. Belə ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

Xəbər lenti
0