Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 29 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 10 145 947-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, virusa yoluxmuş 501 898 nəfər vəfat edib, 5 140 987 xəstə isə sağalıb.
Ümumilikdə son sutka ərzində bütün dünyada 189 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Bu isə vəziyyətin getdikcə kəskinləşdiyini göstərir.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 548 min 996 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 633 563 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.