Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bəhram Bağırzadənin səhhəti ilə bağlı son məlumat açıqlandı

© Sputnik / Murad OrujovAktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı açıqlama verib

BAKI. 29 iyun – Sputnik. "Bəhram Bağırzadənin səhhəti ləng də olsa, tədricən yaxşılaşır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı bildirib. 

Участник команды КВН «Парни из Баку» Бахрам Багирзаде, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bəhram Bağırzadənin son durumu açıqlandı

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Xəbər lenti
0