CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeyib-içmək həvəsi bakılını xəstəxanalıq etdi

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının Türkan qəsəbəsində müştəri qeyri-qanuni fəaliyyət göstərən restoranın 3-cü mərtəbəsindən özünü atıb.

BAKI, 29 iyun - Sputnik. Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb. 

O, ağır vəziyyətdə - boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Xəbər lenti
0