Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi müsahibə elan edir

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 29 iyun 2020-ci il tarixdən 13 iyul 2020-ci il tarixdə saat 18:00-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:30-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

 

BAKI, 29 iyun — Sputnik. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi daxili müsahibə elan edir. Sputnik Azərbaycan xəbər verir ki, müsahibədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizə;

- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 29 iyun 2020-ci il tarixdən 13 iyul 2020-ci il tarixdə saat 18:00-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:30-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İnsan resursları şöbəsinə müraciət edilə bilər.

Xəbər lenti
0