Türkiyədə təbii fəlakət baş verib, əhali küçələrə axışıb

© REUTERS / UMIT BEKTASПоследствия землетрясения в Турции, фото из архива
Последствия землетрясения в Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Marmaris bələdiyyə başqanı Mehmet Oktayın verdiyi açıqlamaya görə, indiyə qədər dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat yoxdur.

BAKI, 28 iyun — Sputnik. Türkiyənin Muğla vilayətində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə-nin məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, episentri Marmarisdə olan yeraltı təkanlar yerli vaxtla saat 20:43-də (Bakı vaxtı ilə 21:43) qeydə alınıb. Zəlzələ İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib. Zəlzələnin episentrinin 61.41 kilometr dərinlikdə olduğu bildirilir.

Təşviş keçirən əhali küçələrə axışıb. Marmaris bələdiyyə başqanı Mehmet Oktayın verdiyi açıqlamaya görə, indiyə qədər dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat yoxdur.

Xəbər lenti
0