Pentaqon sabahadək variant fikirləşir

CC BY-SA 2.0 / Arlington County / The PentagonШтаб-квартира Министерства обороны США, фото из архива
Штаб-квартира Министерства обороны США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə Tramp bəyan etmişdi ki ABŞ-ın Almaniyadakı hərbçilərinin sayı 25 minədək azaldılacaq

BAKI, 28 iyun — Sputnik. Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Mark Esper iyunun 29-da dövlət başçısı Donald Trampa Almaniyadakı bir neçə min hərbçinin çıxarılması barədə müxtəlif variantlar təqdim edəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

“Bazar ertəsi nazir prezident üçün Ağ Evdə brifinq keçirərək bizim Almaniyada yerləşən hərbi qüvvələrimizn yerləşdirilməsi barədə variantlar təqdim edəcək”, - Hoffman deyib.

Bir müddət öncə Tramp bəyan etmişdi ki ABŞ-ın Almaniyadakı hərbçilərinin sayı 25 minədək azaldılacaq, Amerika qoşunlarının bir hissəsi isə Almaniyadan Polşaya göndəriləcək.

 

Xəbər lenti
0