Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

F-35-in yeni problemləri: ABŞ təyyarəsinin dərdi nədir

© AFP 2024 / FABRICE COFFRINIИстребитель F-35, фото из архива
Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Seriya istehsalı 2020-ci ilə nəzərdə tutulur, eyni zamanda amerikalılar B61-12 bombalarını özlərinin Avropadakı bazalarında yerləşdirmək niyyətindədirlər.

 

BAKI, 28 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. Fizika qanunları amerikalı aviakonstruktorların səylərini gözardı edərək çox bahalı olan layihələrin üstündən xətt çəkirlər. F-35 Lightning II təyyarələri beşinci nəsil standartlarına cavab vermirlər, lakin ABŞ-da ətalət üzrə bu bir çox göstəricilər üzrə çiy olan aviatexnikanı qlobal hədəflər və silahlarla yükləməyə çalışırlar. Sanki F-35-in göyərtəsindəki B61-12 termonüvə bombaları səsəqədərki kreyser sürətini, radarlarda “stels” görünüşünü, yüksək qəzalılığı, və qeyri-müəyyənliiyi kompensasiya edə bilərlər.

The Aviationist nəşri bazar ertəsi məlumat yayıb ki, ABŞ-ın Edvards aviabazasının (Kaliforniya ştatı) yaxınlığında F-35A Lightning II qırıcısınının (Convetional Take Off and Landing modifikasiyasının, yəni, standart uçuş və enməyə malik) dəyişən gücün döyüş hissəsi ilə B61-12 termonüvə bombasının tətbiqini yoxlamaq üçün sınaqları keçirilib. Təyyarənin – ikiqat təyinatlı nüvə silahının daşıyıcısının sertifikasiyası 2023-cü ilin yanvarına planlaşdırılıb. Beləliklə, proqram təminatının yenilənməsi ilə birlikdə (hazırkı Block 3A versiyasından Block 4 versiyasınadək) F-35А qırıcıları termonüvə bombalarını daşımaq və tətbiq etmək imkanı qazanacaqlar. Bundan əlavə, B61-12-nin ABŞ HHQ silahlanması sisteminə inteqarasiyasından sonra əsas nüvə qırıcısı rolu F-15E və F-16-dan F-35A-ya keçəcək. Modernləşdirilmiş B61-12 aviabombasını yönəltmə sistemi və dəyişən gücün döyüş hissəsi (50 kilotonadək) fərqləndirir.

Çoxməqsədli F-35 Lightning II qırıcı-bombardmançısınının yaradılması proqramının dəyəri təxminən 1,3 trilyon dollardır. F-35-in müxtəlif modifikasiyaları seriya şəklində 2011-ci ildən buraxılır. ABŞ-da bu maşına əvvəldən böyük ümidlər bəsləyirdilər, lakin praktiki istismar mütəxəssislərin ümidlərini boşa çıxarır. Bir müddət əvvəl Pentaqona yaxın olan Defense News nəşri F-35 Lightning II haqqında tənqidi fikirlər dərc edib. Faktlar belədir: F-35 1 dəqiqədən çox olmayaraq forsajda sürətlənə bilən səsəqədərki qırıcıdır, 1 Maxdan yuxarı sürətlərdə isə bir dəqiqədən sonra korpusun istilənmədən məhv olma təhlükəsi yaranır. 1,6 Maxdan sonra təyyarənin quyruğu qopub düşə bilər. 5-ci nəsil qırıcısınının daimi (kreyser) sürəti 1,4 Maxdan aşağı ola bilməz, deməli, texnoloji irəliləyiş alınmayıb. Faktiki olaraq F-35 4-cü nəsil təyyarəsi olaraq qalıb və termonüvə bombaları onun üçün daşınmaz yük ola bilərlər.

Kompensasiya tədbirləri

5-ci nəsil qırıcısı olan F-35-in əsas nöqsanlarının sayını ötən il ərzində 5-dək endirmək mümkün olub, lakin bu dənəsi 100 milyon dollar olan maşın üçün yenə də çoxdur. Pentaqon operativ şəkildə istismar xarakteristikalarını korrektə edib və indi F-35 qısa sürətlənmələri bacaran səsəqədərki qırıcı sayılır. Yüksək sürət F-35-in bir çox hissələrinin məhvi ilə nəticələnə biləcəyindən təyyarənin HDD və dəniz piyadalrı üçün modifikasiyaları olan F-35B və F-35C-in 1,2 Max sürəti ilə uça bilərlər. Qırıcının ənənəvi qalxma və enməli variantı olan F-35A eyni nöqsanlara malikdir.

Əslində maşının reputasiyası birdəfəlik korlanıb, lakin istismar prosesində yeni gözlənilməz xüsusiyyətlər üzə çıxır. Air Force Magazine jurnalı iyunun 24-də məlumat verib ki, F-35A qırıcılarına 40 km-dən yaxın şimşək buludlarına yaxınlaşmaq qadağan olunub. Məlum olub ki, inert qazın generasiyası sisteminin (OBIGGS) konstruktiv xüsusiyyətləri havada qırıcının yanacaq çənlərinin partlayışına səbəb ola bilər. Maraqlıdır ki, OBIGGS sistemi daha əvvəl də tənqidlərə tuş gəlmişdi və artıq 2014-cü ildə modernləşdirilmişdi (partlayış təhlükəsi aradan qaldırılmayıb).

Yeni F-35 Lightning II təyyarəsinin fəlakətlər seriyası belə bir ehtimal irəli sürməyə imkan verir ki, hətta təyyarənin dinc şəraitdə istismarı zamanı digər xoşagəlməz (təhlükəli) sürprizlərlə qarşılaşmaq mümkündür. Rusiyanın Су-57 beşinci nəsil qırıcıları ilə hipotetik döyüşdən və yaxud Rusiyanın radioelektron mübarizə vasitələri ilə qarşılaşdıqda ABŞ qırıcılarının necə zəif olduıarından heç danışmırıq.

Məchulluğa uçuş

Birləşmiş Ştatlar fəal surətdə F-35-i özlərinin avropalı müttəfiqlərinə satmağa çalışırlar. Və modernləşdirilmiş (planlayıcı) termonüvə B61-12 aviabombası əvvəlcə Avropa üçün nəzərdə tutulurdu. Seriya istehsalı 2020-ci ilə nəzərdə tutulur, eyni zamanda amerikalılar B61-12 bombalarını özlərinin Avropadakı bazalarında yerləşdirmək niyyətindədirlər. Bu halda uçuş zamanı (forsaj halında) nüvə silahı daşıyan qırıcının quyruğunun düşməsi və yaxud onu şimşək vurması halları istisna deyil. Başqa variantlar da mümkündür, lakin müttəfiqlərə bu hallar da kifayət edər. Amerika silahları Avropa üçün getdikcə daha təhlükəli olmağa başlayır. Almaniyanın müqaviməti artır. Fransa birbaşa bəyan edib: “F-35-i sırımağa son qoyun”.

Bu, hərbi aviaquruculuq sahəsində ABŞ-ın texnoloji imkanlarının səhv qiymətləndirilməsinin qanuni nəticəsidir. Daha öncə F-22 Raptor beşinci nəsil qırıcısının yaradılması uğursuz hesab edilib (etibarsız radiouducu örtük, metrlik diapazonlu radarlar aşkar edir, fəaliyyət radiusu cəmi 750 km, maşının seriya qiyməti çox bahadır - 350 mln. dollar). Lakin F-22 və F-35 kimi beşinci (de-yure) nəsil təyyarələrini qəbuledilən konstruktiv, döyüş, satışöncəsi vəziyyətə çatdırmadan amerikalılar öz hərbi aviasiyalarının gələcəyinə ümidlə baxırlar.

Vaşinqtonun planlarına əsasən, altıncı nəsil ilk qırıcılar 2030-cu ilədək uçmalıdırlar. Yazılanlara görə, artıq onların rəqibləri də məlumdur: “Onların döyüşməli olacaqları Sakit okean teatrındakı nəhəng məsafələri nəzərə alsaq”, onlardan yanacaq doldurmadan böyük məsafələrə uçuş, havada üstünlük, radioelektron mübarizə kompleksi hesabına böyük sağ qalma faizi gözləyirlər. Lakin, “beşinci nəsil” F-35 Lightning II-nin bütün bahalı uğursuzluqlarından sonra ABŞ Konqresi 2021-ci maliyyə ilində altıncı nəsil qırıcı yaratmaq proqramının maliyyəsini 85% azaltmaq niyyətini ifadə edib.

Xəbər lenti
0