CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Möcüzəyə inandılar, oldu: Ayağı amputasiya ediləcək şəkər xəstəsi sağaldı

© REUTERS / Rafael MarchanteБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal bölgəsinin insanları "Murad piri"nə o qədər inanırlar ki, kimi hamilə qalmaq üçün, kimi övladının yaşaması üçün, kimi də xəstəlikdən xilas olmaq naminə bura pənah gətirir.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Ölkəmizdə hələ də xeyli sayda insan var ki, xəstələnəndə, problemlərlə qarşılaşanda üz tutduqları məkanlar pirlər, ziyarətgahlar olur. Onlar burada dualar edir, niyyətlərinə çatacaqlarına ümid bəsləyirlər. Xaçmaz rayonunun Armudapadar kəndi ərasizində yerləşən "Murad piri" də şimal bölgəsinin sakinləri arasında müqqəddəs hesab edilən yerlərdəndir.

Xaçmaz-Quba yolunun üstündə yerləşən pirin "Murad" adını daşımasını yerlilər ora niyyət edən insanların arzularına, muradlarına çatması ilə izah edirlər.

© Sputnik / Leyla AbdullayevaMurad Piri
Möcüzəyə inandılar, oldu: Ayağı amputasiya ediləcək şəkər xəstəsi sağaldı - Sputnik Azərbaycan
Murad Piri

2000-ci ildən ziyarətgahın axundu olduğunu deyən Elmar Məmmədovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, bu pir "Pirəzənbir" və yaxud "Murad piri" adlandırılır. Buranı ziyarət edənlərin əksəriyyəti illərdir övladı olmayan, ya da övladı vaxtsız vəfat edən şəxslərdir. Amma müxtəlif xəstəliklərdən əziyyət çəkənlər də niyyət edib buranı ziyarətə gəlirlər.

"Bu ziyarətgahın tarixi qədimdir, İslamın ölkəmizdə zorla qəbul olunduğu zamanlara təsadüf edir. Babalarımızdan eşitdiklərimizə görə, bizə İslamı qəbul etdirməyə gələn müsəlmanlar, yəni dördüncü imamımız Zeynül-Abidinin əsabələri bu torpaqlarda şəhid düşüblər. Burada yerləşən gümbəzin içərisindəki məzarın həmin övliyalardan birinə aid olduğuna inanılır. XII-XIII əsrlərdən sbu yana bura insanlar üçün ziyarətgaha çevrilib", - deyə axund bildirib.

© Sputnik / Leyla AbdullayevaMurad Piri
Möcüzəyə inandılar, oldu: Ayağı amputasiya ediləcək şəkər xəstəsi sağaldı - Sputnik Azərbaycan
Murad Piri

Həmsöhbətimiz şahidi olduğu və ora inanc gətirib gələnlərin qarşılaşdığı möcüzələrdən də danışıb.

"Qubanın bir kəndindən 13 il övladı olmayan bir ailə gəlmişdi. Onlar buranı ziyarət edəndən bir neçə ay sonra sevincli halda gəlib qurban kəsdilər. Həmin gəlin illərdir müalicə olunmasına baxmayaraq, övlad sahibi ola bilməmişdi. Buradan qayıdandan iki ay sonra hamilə qaldığını bizə ağlaya-ağlaya danışdı. O, bu pirin qüvvəsindən hamilə qaldığına inanır", - deyə Məmmədov bildirib.

Şabran rayonundan gələn Vüsalə adlı xanım isə deyib ki, 10 ildən çoxdur, hər 3-4 aydan bir ailəsi ilə bura gəlir. Bu pirin möcüzələrinin çox şahidi olub və dəfələrlə burada qurban kəsdirib.

"Oğlum əsgərlikdə olanda çox pis xəstələnmişdi. Gəlib burada çoxlu dua etdim. Axşam evə gedəndə oğlum zəng edib dedi ki, indi özünü daha yaxşı hiss edir. Belə hallar çox şahidi olmuşam", - deyə Şabran sakini bildirib.

© Sputnik / Leyla AbdullayevaMurad Piri
Möcüzəyə inandılar, oldu: Ayağı amputasiya ediləcək şəkər xəstəsi sağaldı - Sputnik Azərbaycan
Murad Piri

Xaçmaz rayonunun 60 yaşlı sakini Nazim Eyvazov deyib ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Həkimlər ayağının birinin amputasiya edilməli olduğunu deyiblər.

"Həyat yoldaşımla bura gəlib niyyət etdik. Məni burada yuxu apardı, üç saata yaxın yatdım. Oyanandan sonra sanki üzərimdən ağır yük götürülmüş kimi hiss etdim. Yenidən həkimə getdiyimizdə dəhşətə gəldik. Yüksək qan şəkərindən əsər-əlamət qalmamışdı. Ondan sonra mən buranın kəramətinə daha çox inandım. Artıq hər ay ailəmlə bura gəlib dualar edirik", - Eyvazov bildirib.

İnsanların böyük inanc mənbəyinə çevrilmiş bu müqəddəs ocağın tərkibində Padar kəndinə aid məscid yerləşir. İnsanlar həmin məsciddə namaz qılır, dualar edirlər. Ziyarətgahın həndəvərində böyük qəbiristanlıq yerləşir. Buranın həyətində həm də insanların qurban kəsib oturması üçün bütün şərait yaradılıb.

© Sputnik / Leyla Abdullayeva
Murad Piri - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva“Murad piri” ziyarətgahında ağac
“Murad piri” ziyarətgahında ağac - Sputnik Azərbaycan
2/3
“Murad piri” ziyarətgahında ağac
© Sputnik / Leyla Abdullayeva
Murad Piri - Sputnik Azərbaycan
3/3
1/3
2/3
“Murad piri” ziyarətgahında ağac
3/3

"Murad piri"nin həyətinin girişində böyük "niyyət ağacı" var. İnsanların inancına görə, ora üz tutanlar mütləq niyyət edib, həmin ağacın budağının altından keçməli, nəzir qoymalıdırlar. Kimsə həmin hissədən keçə bilməsə, onun muradı yerinə yetməz.

Sakinlərin sözlərinə görə, əvvəllər buradakı günbəzin içərisində, övliyanın qəbri üzərində yazılı daş olub. Lakin 2000-ci ildə burada günbəz tikilərkən, həmin daş naməlum səbəblərdən yoxa çıxıb.

Xəbər lenti
0