Angela Merkel ABŞ-a sanksiya tətbiq edə bilər

© AFP 2024 / TOBIAS SCHWARZКанцлер Германии Ангела Меркель, фото из архива
Канцлер Германии Ангела Меркель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq.

BAKI, 28 iyun — Sputnik. Rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, prezident Donald Tramp tərəfindən "Şimal axını-2"nın inşasının dayandırılması təhlükəsi baş verərsə, Almaniya ABŞ-a qarşı cavab verməyə hazır olacaq.

Almaniya kansleri Angela Merkel Avropa İttifaqına birgə addım atmaq üçün təzyiq göstərə bilər.

Qeyd edək ki, bu yaxınlarda amerikalı konqresmenlər yenidən "Şimal axını-2" qaz boru kəmərinə qarşı iqtisadi məhdudiyyətlərlə bağlı geniş fəaliyyətə başlayıblar.

Xəbər lenti
0