İsveç riskli ölkələr sırasından çıxarıldı

© © Stina Stjernkvist/ TT News Agency/via REUTERSСтокгольм, фото из архива
Стокгольм, фото из архива  - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
İsveçin baş epidemioloqu Tengel "kütlə immuniteti" strategiyası irəli sürmüş və karantin rejimi tətbiq edilməmiş, ölkədə könüllülük və vətəndaş məsuliyyəti əsas götürülmüşdü

BAKI, 27 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsveçi riskli ölkələr arasından çıxarıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ÜST ötən gün koronavirus səbəbilə təhlükəli hesab edilən ölkələrin siyahısını açıqlayıb. Siyahıda Azərbaycan, Qazaxıstan, Ermənistan, Moldova, Şimali Makedoniya, Bosniya-Herseqovinaya, Qırğızıstan, Ukrayna, Kosova və İsveç yer alıb.

İsveç Dövlət epidemioloqu Anders Tegnel isə bu vəziyyətə narazılığını bildirərək, qeyd edib ki, İsveçdə koronaviurs faktlarının artmasına səbəb əvvəlkindən daha çox test edilməsi ilə əlaqədardır: "ÜST-ün digər ölkələrlə İsveçi də risk qrupunda saxlaması arzuolunmaz bir haldır".

Bu gün isə ÜST geri addım ataraq İsveçi riskli ölkələr siyahısından çıxarıb.

Teqnel isə verdiyi açıqlamada bildirib ki, ÜST-ün verdiyi qərardan razıdır: "ÜST dediklərimizi dinlədi. Ölkəmizin doğru yolda olduğunu göstərdi. İsveçi riskli ölkələr siyahısına alması tam bir səhv idi".

Qeyd edək ki, İsveçdə bu günə qədər 65137 koronavirus faktı qeydə alınıb, 5280 nəfər isə ölüb.

İsveç koronavirus infeksiyasını qəbul etsə də, sərt karantin rejimi elan etməyən ölkələr sırasında idi. Belə ki, ölkənin baş epidemioloqu Tengel "kütlə immuniteti" strategiyası irəli sürmüş və karantin rejimi tətbiq edilməmiş, ölkədə könüllülük və vətəndaş məsuliyyəti əsas götürülmüşdü.

Xəbər lenti
0