BAKI, 27 iyun — Sputnik. İyunun 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Sarıbaşda intensiv və güclü olub. Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, düşən yağışın miqdarı Sarıbaşda (Qax) 43, Xınalıqda 6, Qusarda 5, Qəbələ, Xaltan, Qrızda 4, Gədəbəy, Altıağac, Yardımlıda 3, Kişçay (Şəki), Sədərək, Daşkəsən, Şahdağda 2, Tərtər, Bərdə, Zərdab, Ağstafa, Balakən, Gəncə, Şəmkir, Lerikdə 1 mm-dək olub.
Qərb küləyi Naftalanda 30, Tərtər, Gəncə, Salyanda 28, Şəmkir, Neftçala, Beyləqanda 20, Biləsuvarda 19, Sabirabadda 17, Qazıməmməd, Şəmkirdə 16, Abşeron yarımadasında 20-23, arabir 26 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, aran rayonlarında 31-34, dağlıq rayonlarda 25 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə isti olub.