BAKI, 27 iyun — Sputnik. Çinin şimalında böyük bir tornado başlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tornado həftənin əvvəlində Daxili Monqolustan muxtar rayonunun bir neçə şəhərində meydana gəlib.
Şahidlər təbii fəlakətin baş verdiyi anı əks etdirən kadrları sosial şəbəkəyə yerləşdiriblər.
Tornadonu təkcə uzaqdan deyil, yaxından çəkmək də mümkün olub. Böyük sürətlə hərəkət edən qum sütunu Şilin-Hot şəhərinin ətrafından keçib.
Nəhəng burulğan toz örtüyü qaldırıb. Bu Çində "Su udan Əjdaha" adlandırılır. Dağıntı və zərərçəkənlər haqqında məlumat verilmir.