Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Karib dənizinin quldurları”nda qəribə dəyişiklik olacaq

© Photo : The Walt Disney Company, 2017Фрагмент из фильма "Пираты Карибского моря: Мертвецы не рассказывают сказки"
Фрагмент из фильма Пираты Карибского моря: Мертвецы не рассказывают сказки - Sputnik Azərbaycan
Abunə olmaq
“Karib dənizinin quldurları” – tarixin ən uğurlu franşizalarındandır. Beş filmin ümumi kassa gəliri 4,5 milyard dollardan çoxdur

BAKI, 27 iyun — Sputnik. Avstraliyalı aktrisa Marqo Robbi “Karib dənizinin quldurları” franşizasının filmlərindən birində Conni Deppi əvəz edəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Hollywood Reporter nəşri yazır.

​Robbi baş rolu oynayacaq. Filmin ssenarisini isə “Yırtıcı quşlar: Harli Kvinnin möhtəşəm hekayəsi” filmində onunla birlikdə işləyən Kristina Hodson yazacaq. Bildirilir ki, nə süjetin, nə də personajların Deppin çəkildiyi “Karib dənizinin quldurları”nın əvvəlki seriyaları ilə əlaqəsi olacaq.

Paralel olaraq franşizanın daha bir filmi üzərində iş gedir. Onun ssenarisini isə “Çernobıl” serialının yaradıcısı Kreyq Mazin və “Karib dənizinin quldurları”nın ilk hissələrindən birinin müəllifi Ted Elliot yazacaqlar. Onu 2017-ci ildə ekranlara çıxmış “Karib dənizinin quldurları: Ölülər nağıl danışmırlar” filminin rejissoru Xoakim Ronninqin çəkəcəyi gözlənilir.

Marqo Robbi “Yırtıcı quşlar”, “Sui-qəsdçilər dəstəsi”, “Bir dəfə... Hollivudda”, “Tonya hamıya qarşı” və “Uoll-strit canavarı” filmlərindən məşhurdur.

“Karib dənizinin quldurları” – tarixin ən uğurlu franşizalarındandır. Beş filmin ümumi kassa gəliri 4,5 milyard dollardan çoxdur. Düzdür, sonuncu hissə əvvəlkilərinə nisbətən bir qədər az gəlirli oldu, amma təxminən 800 milyon dollar qazana bildi və 2017-ci ildə ən yaxşı kassa filmləri sırasında 12-ci yeri tutdu.

2018-ci ildə məlumat yayıldı ki, Disney şirkəti “Karib dənizinin quldurları” kinofranşizasını yenidən, orijinal filmlərin ulduzu Conni Deppsiz çəkmək imkanını nəzərdən keçirir. Bir müddət sonra bəlli oldu ki, mərkəzi personaj qadın olacaq.

 

Xəbər lenti
0