Səhv düşəndə yerimiz: hamilə qala bilməyən qadın kişi çıxdı

© AFP 2024 / PAU BARRENAHindistanlı qadın, arxiiv şəkli
Hindistanlı qadın, arxiiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox analizdən sonra həkimlər onun kişi olduğunu təsbit ediblər. Təbiblər hətta onda kişi xromosomları – XY – olduğunu da sübut ediblər

BAKI, 27 iyun — Sputnik. Hindistanda uzun illər hamilə qalmağa çalışan qadın qarnında başlanan ağırlar səbəbilə həkimə müraciət edəndə şok olub. Həkimlər müəyyən ediblər ki, sən demə, bu qadın bütün ömrü boyu heç özü də bilmədən kişi olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hindustan Times nəşri yazır.

Haqqında bəhs olunan Kəlküttə sakinində bütün ömrü boyu qadına xas olan bioloji əlamətlər mövcud olub. “Səsi, iri sinəsi, xarici cinsiyyət orqanları onun qadın olduğuna işarət edirdi”, - onkoloq Anupam Dutta deyib. Onun sözlərinə görə, pasiyentin yumurtalıqları yoxdur, heç bir zaman da aybaşı dövrü olmayıb. 

Ультразвуковое исследование (УЗИ) женщины, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Adın, abrın, pulun və inamın məhv edildiyi məkanlar: onların tənbehini payızda verəcəklər

Bununla yanaşı, o, doqquz il ərdə olub və hamilə qalmağa cəhd edib. Bir çox analizdən sonra həkimlər onun kişi olduğunu təsbit ediblər. Təbiblər hətta onda kişi xromosomları – XY – olduğunu da sübut ediblər.

Onu həkimə gətirən ağrının səbəbi isə toxumluğunda yaranan xərçəng xəstəliyi olub. Nəşr bildirir ki, bu məlumat cütlük üçün ikinci şok olub. Hazırda qadın kimyaterapiya kursu keçir, həkimlər isə onlara əvvəlki kimi birlikdə yaşamağa davam etməyi tövsiyə edirlər.

Tibbdə bu cür hadisələr androgenlərə qarşı hissiyyatsızlıq sindromu və ya Morris sindromu adlanır. Bu cür sindromu olan kişilər qadın bioloji əlamətlərilə doğulurlar. Sindrom nadirdir və 22 min kişidən bir rast gəlinir. Sözügedən Kəlküttə sakininin ailəsini yoxlayan həkimlər onun 28 yaşlı bacısı və iki xalasında da Morris sindromu aşkarlayıblar. Təbiblər bu qənaətə gəliblər ki, bu problem irsən keçir və çox güman ki, gələcək nəsillərdə də özünü göstərə bilər.

Bir neçə müddət öncə Azərbaycanda da tam bu olayın əksi yaşanmışdı. Həkimə yoxlanışa gedən nişanlı qıza özəl klinikada bakirə olmasına rəğmən hamilə diaqnozu qoyulmuş və müxtəlif analizlərinə görə külli miqdarda pul alınmışdı. Qız müayinənin nəticəsinin yanlış olduğunu başqa klinikada sübut etsə də, ona nə yanlış müayinənin, nə də mənəvi ziyanın dəyəri ödənilməyib.

Xəbər lenti
0