CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimin sözü keçir? - Mark Zukerberq bir gündə 7 milyard itirdi

© REUTERS / Leah Millis"Facebook"un yaradıcısı Mark Zukerberq
Facebookun yaradıcısı Mark Zukerberq - Sputnik Azərbaycan
Abunə olmaq
Bloomberg Billionaire Index-in məlumatına görə, Zukerberqin varidatı 82.3 milyard dollaradək düşüb. İndi o, dünyanın ən varlı insanlarının siyahısında dördüncü pillədə qərarlaşıb

BAKI, 27 iyun — Sputnik. Milyarder, Facebook sosial şəbəkəsinin banisi Mark Zukerberq bir gün ərzində 7.2 milyard dollar itirib.

Sputnik Azərbaycan Bloomberg-ə istinadən bildirir ki, iri şirkətlər sosial şəbəkədə reklam yerləşdirməkdən imtina etdiklərinə görə milyarder ziyana düşüb.

Cümə günü, iyunun 26-da şirkətin səhmləri 8.3 faiz ucuzlaşdı. Buna səbəb isə nəhəng reklam şirkətlərindən olan Unilever-in ilin sonunadək Facebook-un bütün məhsullarında, o cümlədən Instagram-da reklama pul xərcləməkdən imtina etməsi oldu. 

Facebook-da reklamdan Verizon kimi nəhəng telekommunikasiya şirkəti, eləcə də qənnadı məmulatlarının ən böyük istehsalçısı Hershey də imtina edib. Coca-Cola da bir ay müddətinə sosial şəbəkədə reklam yerləşdirməyəcək. Şirkət bildirib ki, ABŞ-da etirazlar fonunda Facebook “platformada dezinformasiya və kinin yaranmasını kifayət qədər nəzarət altına ala bilməyib”. 

Bloomberg Billionaire Index-in məlumatına görə, Zukerberqin varidatı 82.3 milyard dollaradək düşüb. İndi o, dünyanın ən varlı insanlarının siyahısında dördüncü pillədə qərarlaşıb.

ABŞ-da etriaz aksiyaları mayın sonunda qaradərili Corc Floydun həbs zamanı polis tərəfindən öldürülməsindən sonra başlayıb. Etiraz və iğtişaş dalğaları ABŞ-ın onlarla şəhərini bürüyüb. Bəzi ştatlarda bunlar yerini oğurluq və quldurluğa verib, insanlar məşhur mağazaları dağıdaraq yandırmağa, bir-birinə atəş açmağa başlayıblar.

Xəbər lenti
0