Türkiyə güclü zəlzələ ilə silkələndi

© Depositphotos.com / Sudok1Сейсмограф регистрирует колебания на листе измерительной бумаги
Сейсмограф регистрирует колебания на листе измерительной бумаги - Sputnik Azərbaycan
Abunə olmaq
Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də (Bakı vaxtı ilə 11:21) qeydə alınıb. Zəlzələnin episentri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib. 

BAKI, 26 iyun – Sputnik. Türkiyənin Manisa, İstanbul, Bursa, İzmir və Çanaqqala şəhərlərində 5,5 bal gücündə zəlzələ olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də (Bakı vaxtı ilə 11:21) qeydə alınıb.

Zəlzələnin episentri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib. 

Dağıntı və itkilər barədə məlumat verilmir. 

Xəbər lenti
0