BAKI, 26 iyun — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələr günü münasibətilə özünün "Instagram" səhifəsində paylaşım edib. Sputnik Azərbaycan bildirir ki, ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edən M.Əliyeva hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıb.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.
Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.
Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.