CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə müşahidə edilən faktiki hava açıqlandı

Abunə olmaq
İyunun 26-sı ölkə ərazisinin bəzi yerlərində səhərədək şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qərb küləyi güclənib.

BAKI, 26 iyun – Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 26-sı ölkə ərazisinin bəzi yerlərində səhərədək şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qərb küləyi güclənib.

Düşən yağışın miqdarı Oğuzda 16 mm, Şəkidə 10 mm, Xınalıqda 9 mm, İsmayıllı, Qəbələdə 6 mm, Şahdağda 3 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Neftçalada 20 m/s, Gəncə, Tərtər, Ağstafa, Tovuzda 18 m/s, Salyanda, Şəmkirdə 16 m/s, Abşeron yarımadası və Bakıda 28 m/s, Sumqayıtda 21 m/s, Pirallahı, Ələtdə 20 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s, Çilov adasında 17 m/s, Neft Daşlarında 16 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Xəbər lenti
0