Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci ilin mayında imzaladığı Sərəncamına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələr Günü iyunun 26-da qeyd olunur. Bu zaman təsadüfi seçilməyib. Düz 102 il əvvəl – 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə müstəqil Azərbaycanın hərbi qüvvələrinin yaradılmasına başlanılıb.
Silahlı Qüvvələrin ilk paradı 1992-ci il oktyabrın 9-da keçirilib. 2011-ci il iyunun 26-da Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə və Silahlı Qüvvələr Gününə həsr edilən parad olub. 2013-cü ildə ordumuzun 95, 2018-ci ildə isə Azərbaycan ordusunun 100 illiyi ilə bağlı möhtəşəm parad baş tutub.
Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və azadlığını qorumalı olan Silahlı Qüvvələrimiz Quru, Hərbi Hava və Hərbi Dəniz qüvvələrindən ibarətdir. Azərbaycan ordusunun Ali Baş Komandanı ölkə Prezidenti İlham Əliyevdur.