BAKI, 26 iyun - Sputnik. Azərbaycanda 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
View this post on Instagram
Hazırkı dövrədək ölkəmizdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6980 koronavirus testi aparılıb.