CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaqut Qarayeva: "Mən COVID-in müalicəsi üçün hansısa dərmanın adını çəksəm..."

© Sputnik / Murad OrujovYaqut Qarayeva, arxiv şəkli
Yaqut Qarayeva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Dərman preparatlarını həkim nəzarəti olmadan istifadə etməyin. Bu, ciddi fəsadlara səbəb ola bilər" - TƏBİB rəsmisi

BAKI, 25 iyun — Sputnik. "Biz evdə yalnız yüngül simptomu olan və simptomsuz xəstələrin müalicəsinə çalışırıq. Bu xəstələrdə hər-hansı dərman vasitələrinin istifadəsi, demək olar, nəzərdə tutulmur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Y.Qarayeva bildirib ki, hazırda dünyada heç bir ölkədə xəstəliyin tam müalicəsi yoxdur: "Mən xahiş edirəm ki, dərman preparatlarını həkim nəzarəti olmadan istifadə etməyin. Bu, ciddi fəsadlara səbəb ola bilər. TƏBİB-in müalicə protokoluna daxil olan dərmanlar həkimlər üçündür. Həkimlər virusun müalicəsində müvafiq protokola uyğun müalicə aparırlar. Mən COVİD-19-un müalicəsi üçün hansısa dərmanın adını çəksəm, insanlar yenə də həmin dərmanları sürətlə tükətməyə başlayacaqlar. Ona görə də həkim kimi belə yanlışlığa yol verə bilmərəm".

Xəbər lenti
0