Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baş həkimdən şok sözlər: Kim ki ölməlidir, o da öləcək

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidАлександр Мясников, фото из архива
Александр Мясников, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt xəstəxanasının baş həkimi Aleksandr Myasnikov koronavirusdan ölümlə bağlı vəziyyəti şərh edib və şəxsən əmin olduğunu bildirib ki, "kim xəstələnməlidirsə, xəstələnəcək, kim ölməlidirsə, o da öləcək".

BAKI, 25 iyun — Sputnik. Rusiyalı tamaşaçılar arasında Doktor Myasnikov adı ilə tanınan, 71 saylı paytaxt xəstəxanasının baş həkimi Aleksandr Myasnikov koronavirusdan ölümlə bağlı vəziyyəti şərh edib və şəxsən əmin olduğunu bildirib ki, "kim ölməlidirsə, o da öləcək". Sputnik Azərbaycan bildirir ki, mütəxəssis öz düşüncələrini Telegram kanalında paylaşıb.

Onun sözlərinə görə, koronavirusdan qlobal ölüm ən pis ssenaridə gözləniləndən daha azdır. Lakin həkim qeyd edib ki, hələ virusdan tamamilə effektiv müalicə yoxdur. Buna görə də insanlar xəstələnməyə davam edəcəklər və onlardan bəziləri öləcək.

"Siz hamınız məni "kim xəstələnməlidirsə, xəstələnəcək, kim ölməlidirsə, öləcək" ifadəmə görə qınayırsız. Baxmayaraq ki, mən orada sakitləşdirici fatalizm fəlsəfəsindən bəhs etmişəm. Əgər ayıq başla düşünsək, bu, belədir ki, var", - deyə Myasnikov vurğulayıb. Həkimin sözlərinə görə, onsuz da yaşlı və risk qrupunda olan, ömrü məhdud insanlar "kədərli statistikanı doldura bilərlər".

Mütəxəssis qeyd edib ki, koronavirusa qarşı ciddi mübarizə ilə əlaqədar insanların planlaşdırılmış peyvəndlərdən kənarda qalması səbəbindən digər qorxunc infeksiyaların artması təhlükəsi var. Myasnikov əlavə edib ki, tibbi yardım gecikəndə, çoxları xroniki xəstəliklərin kəskinləşməsindən ölürlər.

Граффити в поддержку медиков в борьбе с COVID-19 в Красногорске, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
“Sovet möcüzəsi” işə düşüb: Məşhur həkim COVID-lə bağlı gizlinləri açıqlayır

"Viruslu infeksiyalar sürətli debütdən tutmuş, fəallığın və patogenliyin tədricən azalmasına qədər dövriyyəyə malikdirlər. Və əgər biz "kim ki, xəstələnməlidir - xəstələnəcək, kim ki, ölməlidir - öləcək" deyiriksə, bəlkə, vəziyyət başqa cür hesablanmalıdır?" - deyə Myasnikov görülən tədbirləri tənqid edərək ritorik suallar verib.

Onun fikrincə, dünya ictimaiyyəti koronavirusun bəşəriyyət üçün təhlükəsini yenidən nəzərdən keçirməli və bütün amillər - tibbi, iqtisadi, siyasi - nəzərə alınmaqla səhiyyənin vəziyyətinə daha geniş baxmalıdır.

Daha əvvəl Myasnikov, rus həkimlərinin koronavirusdan ölümü ilə bağlı məlumatları şərh etmişdi. O, xəstəxanalarda yeni infeksiyalı xəstələrin müalicəsinin daha təhlükəli və qeyri-bərabər bir duel olduğunu vurğulamışdı

Xəbər lenti
0