BAKI, 25 iyun — Sputnik. "Vətəndaşlar elə bilirlər ki, maskanı taxmamaqla kimisə aldadırlar. Amma onlar bilmirlər ki, maska taxmaqla onlar özlərini qoruyurlar". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib: "Biz yenə yalnız vətəndaşlara müraciət edə bilərik. İnsanı aldatmaq olar, amma virusu aldatmaq mümkün deyil. Kaş ki, onlar virusu da aldadıb ona yoluxmayaydılar. Amma bu, faktiki olaraq mümkün deyil. Qaydalar sərtləşdikcə vəziyyət gərginləşir. Belə davam etdikcə, başqa ölkələrdə tətbiq olunan proseslərin bizim ölkəmizdə tətbiqi mümkündür. Qonşu ölkələrdə maskadan istifadə etməyənlərə hansı məbləğdə cərimələrin tətbiq olunduğunun şahidi oluruq".
Maskalara görə cərimələr artırıla bilər
18:14 25.06.2020 (Yenilənib: 23:08 16.11.2021)
© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Abunə olmaq
"Belə davam etdikcə, başqa ölkələrdə tətbiq olunan proseslərin bizim ölkəmizdə tətbiqi mümkündür. Qonşu ölkələrdə maskadan istifadə etməyənlərə hansı məbləğdə cərimələrin tətbiq olunduğunun şahidi oluruq".