CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş rejimi də dəyişir: ancaq yarı-yarı

© Sputnik / Murad OrujovСтроительство госпиталя модульного типа в Баку
Строительство госпиталя модульного типа в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bir sıra müəssisələrin iş rejiminə dəyişiklik edilir

BAKI, 25 iyun — Sputnik. Fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işə cəlb olunan işçilərin sayı 50 faizdən çox olmamalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin xüsusi karantinlə bağlı qərarına edilən dəyişiklikdə qeyd olunub.

Qərara görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində

gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

mühəndislik və layihələndirmə xidmətləri;

Bakıda boş küçə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xüsusi karantinlə bağlı qərara DƏYİŞİKLİK edildi

qablaşdırma məhsullarının istehsalı;

daş, metal və taxta məhsullarının istehsalı;

mebel istehsalı və təmiri;

zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

onlayn satışlar;

kimyəvi təmizləmə;

mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

avtomobillərin təmiri;

avtomobil yuyulma məntəqələri;

heyvan sığınacaqları;

tərcümə xidmətləri sahəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Xəbər lenti
0