BAKI, 25 iyun — Sputnik. "AG Bank" ASC-də 2017-ci ildən indiyədək 800 müştərinin 49,1 milyon manat, "NBC Bank" ASC-də isə 12,8 milyon manat məbləğində vəsaiti blokdadır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, "Amrah Bank" ASC və "Ata Bank" ASC-də isə blokda olan vəsaitlər bir qədər azdır.
Onun sözlərinə görə, bağlanan 4 bankda əmanətləri sığortalanmayan əmanətçilərin sayı təxminən 100 nəfər təşkil edir: ""Ata Bank"da əmanətləri qorunmayan əmanətçilərin sayı 26 nəfər, "Amrah Bank"da 21 nəfər, "AG Bank"da 30 nəfər və "NBC Bank"da 30 nəfərdir".