CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycana konkret sahələrdə texniki yardım göstərmişik"

© Sputnik / Murad OrujovBMT-nin Azərbaycandakı Resident Əlaqələndiricisi Qulam İsakzai
BMT-nin Azərbaycandakı Resident Əlaqələndiricisi Qulam İsakzai - Sputnik Azərbaycan
Abunə olmaq
"Nəzərə almaq lazımdır ki, pandemiya insanların həm sosial, həmçinin iqtisadi həyatına ciddi təsir edir"

BAKI, 25 iyun — Sputnik. "Biz pandemiya ilə mübarizədə Azərbaycanın yanındayıq. Konkret sahələrdə texniki yardım göstərmişik".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib: "Azərbaycanda bu məsələ ilə bağlı məsul olan qurumların əməkdaşlarına, jurnalistlərə təlimlər təşkil etmişik. Müxtəlif kampaniyalar çərçivəsində dəstəyimizi göstərmişik. Nəzərə almaq lazımdır ki, pandemiya insanların həm sosial, həmçinin iqtisadi həyatına ciddi təsir edir. Virus sərhədləri aşır, zəif-güclü, gənc-yaşlı tanımır".

Xəbər lenti
0