BAKI, 25 iyun — Sputnik. 26 iyun Silahlı Qüvvələr Günündə DOST mərkəzləri və 142 - "Çağrı Mərkəzi" fəaliyyət göstərməyəcək. DOST Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27-28 iyun tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün həmin günlər də qeyri-iş günüdür. DOST mərkəzləri və 142 - "Çağrı Mərkəzi" iyunun 29-dan yenidən xidmət göstərəcək.
Xatırladırıq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 5 iyul tarixinədək vətəndaş qəbulu aşağıdakı şəkildə həyata keçirilir:
Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılır; Vətəndaşların yerində qəbulu dayandırılır; Mərkəzlər və 142 - "Çağrı Mərkəzi" şənbə və bazar günü fəaliyyət göstərmir.
Aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə vətəndaşların müraciətləri cavablandırılacaq:
1 saylı Bakı DOST Mərkəzi:
dost1_pensiya@sosial.gov.az
dost1_muavinat@sosial.gov.az
dost1_taqaud@sosial.gov.az
dost1_mashgullug@sosial.gov.az
2 saylı Bakı DOST Mərkəzi:
dost2_pensiya@sosial.gov.az
dost2_muavinat@sosial.gov.az
dost2_taqaud@sosial.gov.az
dost2_mashgullug@sosial.gov.az
3 saylı Bakı DOST Mərkəzi:
dost3_pensiya@sosial.gov.az
dost3_muavinat@sosial.gov.az
dost3_taqaud@sosial.gov.az
dost3_mashgullug@sosial.gov.az
1 saylı Bakı DOST Mərkəzinin e-poçt ünvanı: dost1@sosial.gov.az
2 saylı Bakı DOST Mərkəzinin e-poçt ünvanı: dost2@sosial.gov.az
3 saylı Bakı DOST Mərkəzinin e-poçt ünvanı: dost3@sosial.gov.az