Elxan Ələsgərov: “Rusiya və Türkiyə təcrübəyə malikdir”
“Liviyada qanuni hökumətlə Türkiyənin müttəfiqliyi ölkə ərazisinə nəzarət etməyə imkan verir”. Bunu Sputnik Azərbaycan-a “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.
Politoloq bildirir ki, Türkiyənin Liviyadakı fəaliyyəti Rusiyanın Suriyadakı fəaliyyəti ilə paralellik təşkil edir:
“Hazırkı şəraitdə Türkiyənin qanuni hökumətlə müttfiqliyi Rusiyanın mövqeyi ilə ziddiyyət təşkil etsə də, düşünürəm ki, bu vəziyyət Suriya böhranında olduğu kimi həll edilə bilər. Rusiya və Türkiyə belə bir təcrübəyə malikdir. Bu iki ölkənin anlaşması Liviyanı dağıdıcı müharibədən xilas edə bilər”.
Elxan Ələsgərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz