BAKI, 25 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, parlamentin növbəti plenar iclası iyunun 29-da keçiriləcək.
Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib və iclasda 16 məsələyə baxılıb.