BAKI, 24 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp sabiq məsləhətçisi Con Boltonun həbsxanada yatmalı və onun pul vəsaitlərinin müsadirə edilməli olduğunu deyib.
Sputnik Azərbaycan xəbər verir ki, Amerika lideri bu barədə öz "Twitter" səhifəsində yazıb.
Trampın fikrincə, bu cür cəza onun keçmiş məsləhətçisi tərəfindən mənfəət əldə etmək üçün məxfi məlumatların yayılmasına görə tətbiq olunmalıdır. Prezident həmçinin Boltonu bağışlamağına təəssüfləndiyini bildirib.
Washed up Creepster John Bolton is a lowlife who should be in jail, money seized, for disseminating, for profit, highly Classified information. Remember what they did to the young submarine sailor, but did nothing to Crooked Hillary. I ended up pardoning him - It wasn’t fair!
— Donald J. Trump (@realDonaldTrump) June 23, 2020
Ağ Ev rəhbəri başqa bir tvitində iddia edib ki, keçmiş müşavirinin "Hadisənin baş verdiyi otaq" adlı kitabı onun öz fikirlərinə əsaslanır. Tramp həmçinin Boltonu axmaq hesab etdiyini də əlavə edib.
ABŞ Prezidenti milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Boltonu 2019-cu ilin sentyabrında Amerika administrasiyasından kənarlaşdırıb. Həmin vaxt Tramp bildirib ki, özü və komandasının bir çox üzvləri siyasətçinin təklifləri ilə razı deyillər.